Ürək
Ağlasan qəmlərin kiçilməz itməz
Özün öz içindən yanarsan ürək!
Necə yalanlara tuş gəldim demə
Yaxşılar qədrini qanarsan ürək!
Gecələr yuxumu çəkdin göylərə
Yandın ocaq kimi yandın od kimi
İllərim saçımda dönər dənlərə
Cavanlıq əhdini danarsan ürək!
Arzular tərk edib ümüdlər atıb
Xoş günlər xəyallar qoynunda yatıb
Xatirin məhəbbət qəmində batıb
Hemişə gizlicə anarsan ürək!
Ayımı günümü köçürdüm sənə
Mən sənə dözürəm sən də ki mənə
Divanə atəşli ömür bitəcək
Özünü pərvanə sanarsan ürək!

Şərhlər (3)