Divanə dünyası / Sonu var...

Sonu var...

Hər nə varsa, sonu vardır,

Sonu vardır ağacların, çiçəklərin.
 Al qırmızı, zərif üzlü ləçəklərin,
 Ürəklərin....
 Sonu vardır.
 Sonu vardir məhbusluğun, azadlığın,
 Hər sabahda bitib gedən qaranlığın ,
 Sonu vardır!
 Bəşərin də, hədəfin də, qədərin də,
 Gah sevinən, gah ağlayan səhərin də,
 Sonu vardır.
 Yaratmağın, yaşamağın, ölümün də,
 Vardır əlbət, son nöqtəsi.
 Ucaldıqca ya torpaqdır, ya quru daş,
 Hər bir ömür, hər insanın fəlsəfəsi...

28 yanvar 2014
Geri qayıt