Gedənin...
Öləziyir çırağı,
Əriyir xatirəsi, əsarəti,
Olmur cəsarəti,
Gedənin...
Qanadı sınır
Zamanın qandallarında.
Özünə ziyan olur,
İçi içini yeyir
Mənasız inadlarında.
Gedənin titrəyir dizləri,
Dünyaya söykənə bilmir.
Bir eşqi əliylə yıxıb gedibsə,
Başqa bir ömürə güvənə bilmir.
Gedənin özü gedir gözəlim,
Ruhu məhbəs içində.
Elə bilirsən ki, getmək asandı?!
Çarəsiz qəfəs içində
Çırpınır canı.
Düşündükcə olanları,
Ürəyinə xal düşür,
Bir şirin xəyal düşür.
Danışır,
Barışır...
Gedənin ruhu ölür,
Həsrətlə baxır ölənə,
Gedənin...
Baxır gedənə!...