Divanə dünyası / ***

***

Neçə-neçə sözüm qalıb,
 Yazmamışam.
 Hələ neçə fikir yolda,
 Duymamışam...
 Neçə-neçə urək var ki, bilmir hələ
 Divanənin şeir şeir sözlərini
 Neçə insan baxışından uzağam ki,
 Taleyimin yollarından keçməyiblər
 Qalaq-qalaq, sətir-sətir
 Hansı gözəl səslənibdir seçməyiblər
 Hələ zaman o zaman ki,
 Öz özümdə düşünürəm
 Uzaqlardan zərrə boyda
 Bir nişanə görünürəm.

11 mart 2015
Geri qayıt