Olmalıydın...
Büründük sevdanın hər möhnətinə,
Gəl, indi döz görüm, döz, töhmətinə.
Sən xəyal dünyamın söz-söhbətinə,
Könlümdə bir tabım, kam olmalıydın.
Bu dəli sevdamdan azca gileylən,
Qismətin yolundan hayana qaçaq?!
Sən mənim qəlbimi sərxoş eyləyən,
Ötməyən, keçməyən an olmalıydın.
Belə olmalıydı, sevdik dəlicə,
Aləmdən gizlicə, bizdən gizlicə.
Axı kim bilərdi gəlişinlə sən,
Tükənməz bir şöhrət, şan olmalıydın.
Divanə eşqinə cəfa gərəkdi,
Sevən ürəklərə səfa gərəkdi.
Yorğun taleyimə vəfa gərəkdi,
Sən nura boyayan şam olmalıydın.

Şərhlər (0)
Bu şeirimi şərh etməmişlər. İlk fikrinizi siz paylaşın.