Qara sətirli biri
Mən qara sətirlərlə çəkdim
Baharın al-əlvan çiçəklərini.
Qara sözlərlə yazdım nurlu günəşi,
Sözlərimdə coşan dənizin,
Qara sətirlərdə soldu gülüşü.
Sətrimə söz olan hər bir səni də,
Elə qara yazdım...
Qaraya büründü sevinc də, qəm də.
Sən idin qara rəngdə sevdayla,
Coşub daşırdın.
Məğrur düşüncələrin ağuşunda,
İstər payızında, istər qışında,
Bircə təsvirin vardı...
Qara.
Qara sətirli biri...
Gəlib keçsəydin bu qismətdən,
Mən səni yenə qara yazacaqdım.
Hər coşquyla, sevgiylə,
Sevinclə, məhəbbətlə,
Yenə qara rəngdə olacaqsan.
*** *** ***
Hər kəsin qəlbində azca da olsa,
Qaralı bir sətir qalacaq səndən.
Özüm də küsəndə taledən,bəxtdən
Qismətdən,
Əlimə hər düşən bəyaz kağızın,
Qaralan günləri başlayacaq.
*** *** ***
Qara sətirli biri
Sən yenə qarala-qarala dərd olacaqsan,
Mənim ağ vərəqli fikirlərimə.
Bircə ona sevin, bircə düşün ki,
Mən səni bəyazlar köksünə hərdən
Qara peşmanlıqla həkk edəcəyəm.
Qara sətirli biri...
Səni bəyazlara yetirəcəyəm...

Şərhlər (0)
Bu şeirimi şərh etməmişlər. İlk fikrinizi siz paylaşın.