Saytda axtar

SİZƏ BU SƏTİRLƏR DİVANƏDƏNDİR...

image

Salam Hörmətli oxucu!

Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur
Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz. Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır.
Hörmətlə: Divanə

Gedənin

ÇAP ET İRADINI BİLDİR

Gedənin...
 Öləziyir çırağı,
 Əriyir xatirəsi, əsarəti,
 Olmur cəsarəti,
 Gedənin...
 Qanadı sınır
 Zamanın qandallarında.
 Özünə ziyan olur,
 İçi içini yeyir
 Mənasız inadlarında.
 Gedənin titrəyir dizləri,
 Dünyaya söykənə bilmir.
 Bir eşqi əliylə yıxıb gedibsə,
 Başqa bir ömürə güvənə bilmir.
 Gedənin özü gedir gözəlim,
 Ruhu məhbəs içində.
 Elə bilirsən ki, getmək asandı?!
 Çarəsiz qəfəs içində
 Çırpınır canı.
 Düşündükcə olanları,
 Ürəyinə xal düşür,
 Bir şirin xəyal düşür.
 Danışır,
 Barışır...
 Gedənin ruhu ölür,
 Həsrətlə baxır ölənə,
 Gedənin...
 Baxır gedənə!...

Şərhlər (1)

image
ayka sipaska 23 aprel 2015 23:36
qesengdi  
Şərh yaz

  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent